"Zirə" cari mövsümdə Topaz Premyer Liqasında ilk qələbəsini I dövrənin son turunda "Qəbələ" üzərində qazandı. İşləri arzulanan kimi getməyən komanda bu qələbə ilə vəziyyəti müsbətə doğru dəyişə bilər.
Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Samir Abasov qış fasiləsində heyətdə ciddi olmasa da, bir sıra dəyişikliklər etməyi düşünür. Mütəxəssis ilin sonuna kimi çıxışından razı qalmadığı futbolçularla əməkdaşlıq edilməməsini istəyəcək. Bundan əlavə, Abasov ən azı 3 transferin reallaşmasını arzulayır. Çalışdırıcı pleymeyker və hücumçu transferləri üzərində ciddi düşünür.
Samir Abasovun "qara siyahı"sına düşən futbolçuların siyahısı növbəti turlarda müəyyənləşəcək.
saytlarin hazirlanmasi