Milli komandamız sabah Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Farer adalarının qonağı olacaq.
Sportal.az xəbər verir ki, millimizin baş məşqçisi Qurban Qurbanov oyun öncəsi təşkil edilən mətbuat konfransında yerli və Azərbaycandan aparılmış jurnailstlərin suallarını cavablandırıb.
- Danışmaqdansa, meydana çıxıb iş görməliyik. Farer adalarını tanıyırıq. Şansımızdan yararlanmağa çalışacağıq.
- Süni örtüklü meydança və futbolçularımızın öyrəşmədiyi yağışlı iqlim komandaya nə dərəcədə mane olacaq? Üstəlik, meydançanın ölçüləri də bir qədər standartlardan kiçikdir.
- Hava şəratinin bizim üçün problemi olmayacaq. Stadiona baxmışam. Düzdür, stadiona baxanda bir az pis oldum. Amma bunu düşünməli deyilik, diqqətimiz oyunda olmalıdır. Bütün amillər - hava şəraiti və meydança hər iki komanda üçün eyni olacaq. Düzdür, bunlar təsirsiz ötüşməyəcək. Futbolçular nə lazımdırsa, onu da etməyə çalışacaqlar.
- Farer adalarının baş məşqçisi Lars Olsen uzun səfərin Azərbaycan üçün çətin olacağını vurğuladı. Siz bu barədə necə düşünürsüz?
- Nə mən, nə də futbolçular bunu düşünmürük. Hər şeyi başımızdan atmışıq. Yorğunluq bizə mane olmamalıdır. Ən yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq.
- Ramil Şeydayev "Krılya Sovetov"da şans qazanmır. Sabah Rüfət Dadaşov start heyətdə yer ala bilər?
- Rüfət Dadaşov komandayla birgə iki dəfə məşq etdi. Sabah səhər məşqindən sonra bəzi oyunçularla bağlı yekun qərarımı verəcəm. Futbolçu çatışmazlığı və onlarda problem olduğunu düşünmürəm. Komandamızda hər şey qaydasındadır. Oyuna hazırıq və möhkəm kolletiv şəklində oyuna çıxacağıq.
saytlarin hazirlanmasi