Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turunun oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, D liqasının 3-cü qrupunda yer alan millimiz səfərdə Farer adaları yığmasının qonağı olub və 3-0 hesabı ilə qalib gəlib.
Qrupun digər matçında isə lider Kosovo autsayder Maltanı qəbul edib və 3-1 hesablı qələbəyə sevinib.
Qrupa 7 xalla Kosovo başçılıq edir. Milimizin 5, Farer adalarının 3, Maltanın 1 xalı var.
UEFA Millətlər Liqası
D liqası, 3-cü qrup, III tur
11 oktyabr
22:45 Farer adaları - Azərbaycan - 0:3
Qollar: Riçard Almeyda, 28, Dmitri Nazarov, 67, Riçard Almeyda, 86 (pen.)
Baş hakim: Aleksey Yeskov
Yan xətt hakimləri: Dmitri Mosyakin, Anton Averyanov
Dördüncü hakim: Valeri Dançenko
Əlavə köməkçi hakimlər: Vladislav Bezborodov, Mixail Vilkov (hamısı Rusiya)
Hakim-inspektor: Salustia Çato Sipres (Andorra)
UEFA nümayəndəsi: Yonel Piskanu (Rumıniya).
Torshavn. "Torsvullur" stadionu.
saytlarin hazirlanmasi