Millimizin sabiq üzvü rəsmən "Sumqayıt"da

15:42 - 11 Oktyabr 2018

“Sumqayıt” növbəti futbolçunu heyətinə cəlb edib.

 

Sportal.az xəbər verir ki, 2011-2015-ci illər aralığında “kimyaçılar”ın şərəfini qorumuş Orxan Əliyevlə mövsümün sonuna qədər müqavilə imzalanıb. Əliyev “Sumqayıt”da 8 nömrəli formada çıxış edəcək.

 

22 yaşlı Əliyev 2011-2015-ci illər ərzində “Sumqayıt”ın heyətində meydana çıxdığı 73 qarşılaşmada 14 dəfə rəqib qapılarına yol tapıb. Son mövsümü “Zirə”də (5 oyun) keçirmiş yarımmüdafiəçi “Xəzər Lənkəran” (8 oyun) və “Kəpəz”in də (39 oyun, 3 qol) şərəfini qoruyub.

 

Orxan Əliyev həmçinin U-16 (1 oyun), U-17 (5 oyun, 1 qol), U-18 (1 oyun), U-19 (5 oyun) və U-21 (3 oyun) millilərinin də formasını geyinib.

 

Xəbər xətti