Bu gün UEFA Millətlər Liqasında IV tura start verilib.
Sportal.az xəbər verir ki, D liqasının 3-cü qrupunda mübarizə aparan millimiz Bakı Olimpiya Stadionunda Maltanı qəbul edib. Qarşılaşma 1-1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qrupun digər oyununda Kosovo səfərdə Farer adaları ilə 1-1 hesablı heç-heçəyə razılaşıb.
Qrupda turnir cədvəlinə 8 xalla Kosovo başçılıq edir. Millimizin 6, Farer adalarının 4, Maltanın isə 2 xalı var.
Millətlər Liqası
D liqası, 3-cü qrup, III tur
14 oktyabr
20:00 Azərbaycan - Malta - 1 - 1
Qollar: Araz Abdullayev, 53 - Rouen Muskat, 37
Baş hakim: İvan Bebek
Yan xətt hakimləri: Tomislav Petroviç, Miro Qrqiç
Dördüncü hakim: Qoran Pataki
Əlavə köməkçi hakimlər: Mario Zebeç, Qoran Qabrilo (hamısı Xorvatiya)
Hakim-inspektor: Yannis Tsaxilidis (Yunanıstan)
UEFA nümayəndəsi: Vladimir Heninson (Ukrayna)
Bakı. Bakı Olimpiya Stadionu
saytlarin hazirlanmasi