Bu gün Topaz Premyer Liqasında 8-ci tura yekun vurulub.
Sportal.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçirilib. Günün ilk matçında “Sumqayıt” “Sabah”ı qəbul edib. Oyun qonaqların 1-0 hesablı qələbəsiylə yekunlaşıb.
Turun son oyununda “Keşlə” doğma meydanda özündən “Zirə”ni sınağa çəkib. Meydan sahibləri 1-0 hesabı ilə qalib gələrək, cari mövsümdə ilk qələbəsini qazanıb.
17:00 “Sumqayıt” – “Sabah” - 0:1
Qol: Miloş Bosançiç, 36
Qırmızı vərəqə: Vurğun Hüseynov, 15 ("Sumqayıt")
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Səbuhi Bayramov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
"Bayıl Arena"
19:00 “Keşlə” – “Zirə” - 1:0
Qol: Denis Silva, 2
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Əli Hüseynov
AFFA nümayəndəsi: Erkin Hüseynov
"ASK Arena"
saytlarin hazirlanmasi