Bu gün Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” Ukraynanın “Vorskla” klubunu qəbul edib. Oyun qonaqların 1-0 hesablı qələbəsiylə yekunlaşıb.
E qrupunun digər oyununda “Sportinq” “Arsenal”a uduzub - 0:1.
Avropa Liqası, qrup mərhələsi
25 oktyabr
20:55 "Qarabağ" - "Vorskla" - 0:1
Qol: Vladislav Kulaç, 48
Baş hakim: Roy Reynşreyber
Yan xətt hakimləri: Danni Krasikou, David Elias Bitton
Əlavə köməkçi hakimlər: Alon Yefet, Daniel Bar Natan
Dördüncü hakim: Amihay Yehoşua Mozes (hamısı İsrail)
Hakim-inspektor: Sergey Zuev (Rusiya)
UEFA nümayəndəsi: Kazimierz Oleszek (Polşa)
Bakı. Bakı Olimpiya Stadionu.
saytlarin hazirlanmasi