Topaz Premyer Liqasının VII turundan təxirə salınmış “Keşlə” – “Qarabağ” oyununun vaxtı, yeri və təyinatları müəyyənləşib.
Sportal.az xəbər verir ki, oktyabrın 31-də baş tutacaq görüşü Rəhim Həsənov idarə edəcək. Oyunun start fiti 19:00-da səslənəcək.
31 oktyabr (çərşənbə)
“Keşlə” – “Qarabağ”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Elşad Abdullayev, Mahir Məmmədov
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
“ASK Arena”, 19:00 (“CBC Sport”/canlı)
saytlarin hazirlanmasi