Bu gün Topaz Premyer Liqasında 9-cu tura yekun vurulacaq.
Sportal.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçiriləcək. Günün ilk matçında "Səbail" autsayderlər qrupunda yer alan "Keşlə" ilə üz-üzə gələcək.
Turun mərkəzi görüşü isə "Bakcell Arena"da olacaq. Azərbaycan derbisində lider "Neftçi" ikinci pillədə qərarlaşan "Qarabağ"ı qəbul edəcək.
Topaz Premyer Liqası, 9-cu tur
28 oktyabr (bazar)
15:00 “Səbail” – “Keşlə” - 2:1
Qollar: Yevgeni Koçuk, 24, Fəhmin Muradbəyli, 29 - Denis Silva, 90+2
Qırmızı vərəqə: Yevgeni Koçuk, 48 ("Səbail")
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov
Hakim-inspektor: Məhəmməd Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Bayıl Arena”
17:00 “Neftçi” – “Qarabağ” - 3:1
Qollar: Abbas Hüseynov, 10 (avtoqol), Mirabdulla Abbasov, 25, Baqali Dabo, 88 - Mahir Mədətov, 85
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Füzuli Nəcəfov
AFFA nümayəndəsi: Şaiq Həmidov
“Bakcell Arena”