Topaz Premyer Liqasında 9-cu turunda qeydə alınan azarkeş sayı bəlli olub.
Sportal.az xəbər verir ki, turun ilk görüşü "Əlincə Arena"da debütant "Sabah"la "Zirə" arasında baş tutub. Meydan sahiblərinin 2:1 hesablı əzmkar qələbəsini stadionda 1000 nəfər izləyib.
"Dalğa Arena"da baş tutan "Sumqayıt" - "Qəbələ" matçında (2:2) 200, "Bayıl Arena"da reallaşan "Səbail" - "Keşlə" qarşılaşmasında (2:1) isə 450 azarkeş qeydə alınıb.
Turun mərkəzi oyunu "Bakcel Arena"da "Neftçi" və "Qarabağ" arasında baş tutub. "Neftçi"nin 3:1 hesabı ilə qalib gəldiyi oyunu 4000 min fanat izləyib. Daha əvvəl yalnız VI turun "Sabah" - "Qarabağ" görüşündə bundan yüksək rəqəm qeydə alınıb. Həmin oyunu 4500 nəfər izləyib.
Beləliklə, 9-cu turda 5650 azarkeş qeydə alınıb. Bu da hər oyuna 1412,5 fanat deməkdir.