"Keşlə"nin yeni baş məşqçisi kim olacaq?

11:24 - 29 Oktyabr 2018

"Keşlə" baş məşqçisi Mladen Milinkoviçlə yolları ayırdı.

 

Sportal.az xəbər verir ki, komandanın uğurusuz nəticlərindən sonra serbiyalı mütəxəssislə müqavilə ləğv olundu. Paytaxt klubunun "sükanı arxası"na Tərlan Əhmədovun keçəcəyi ehtimalı var. Son olaraq, "Neftçi"də çalışmış mütəxəssisin "Keşlə"yə təyinatı real görünür.

 

Digər variant isə uzun illər klubda işləyən Zaur İsmayılovdur. Rəhbərlik postu klubu daha yaxından tanıyan İsmayılova da həvalə edə bilər.

 

Boşda olan mütəxəssislər arasında "Zirə"dən ayrılan Ayxan Abbasov da var. Ötən gün "Keşlə"nin "Səbail"lə matçını stadiondan izləyən mütəxəssisi klubun baş məşqçisi kimi təqdim olunduğunu görsək, təəccüblənməməliyik.

Xəbər xətti