Tərlan Əhmədovun qarşısına hansı şərt qoyuldu?

13:05 - 30 Oktyabr 2018

Mladen Milinkoviçlə yolları ayıran "Keşlə" baş məşqçi postunu Tərlan Əhmədova həvalə etdi. 46 yaşlı mütəxəssislə mövsümün sonuna kimi müqavilə imzalandı.

 

Sportal.az xəbər verir ki, rəhbərlik Əhmədova qış fasiləsinə kimi komandanı ağır durumdan çıxarmağı tapşırıb. Bununla yanaşı, "Keşlə"nin avrokuboklara vəsiqə qazanması da şərt kimi irəli sürülüb.

 

Qeyd edək ki, "Keşlə" 8 oyundan sonra Premyer Liqanın turnir cədvəlində 5 xalla 7-ci pillədə qərarlaşıb.

Xəbər xətti