Bu gün Topaz Premyer Liqasında 10-cu tura yekun vurulacaq.
Sportal.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.
"Qəbələ" öz meydanında "Sabah"la qarşılaşacaq.
Günün digər matçında isə "Səbail" "Zirə"nin qonağı olacaq.
17:00 “Qəbələ” – “Sabah” - 2:1
Qollar: Ceyms Adeniyi, 5, Stiven-Jozef Monroz, 15 - Bəxtiyar Soltanov, 51
Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Vüqar Bayramov, Mahir Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Qəbələ şəhər stadionu
19:00 “Zirə” – “Səbail” - 0:0
Qırmızı vərəqə: Şəhriyar Rəhimov, 60 ("Səbail")
Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Rza Məmmədov, Nahid Xasıyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bakcell Arena”