Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ" Poltavada "Vorskla"nın qonağıdır.
Sportal.az xəbər verir ki, qarşılaşmanın ikinci hissənin 50-ci dəqiqəsində xoşagəlməz hadisələr baş verib. Əvvəlcə meydan sahibi komandanın azarkeşləri pirotexniki vasitələrdən istifadə edib və hətta meydançaya da atıblar. Bundan sonra qarşlaşmanın Sandro Şörer 2-3 dəqiqəlik qarşılaşmanı dayandırıb. Fanatların sakitləşməsindən sonra matç yenidən bərpa olunub.
64-cü dəqiqədə "Qarabağ"ın azarkeşləri rəqibə cavab verib. "Atışma"dan sonra hakim oyunu dayandırıb və eyni hal ikinci dəfə təkrarlandığı üçün futbolçular meydandan çıxarılıb.
7-8 dəqiqəlik fasilədən sonra isveçrəli referi futbolçuları meydana çıxarıb.