"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqasının 11-ci turunda "Sabah"ı 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, Hacıyev öncə oyunu şərh edib:
- Bu cür oyunun olacağınə gözləmirdik. Planlaşdırdığımız şeyləri edə bildik.
- Komanda 2-ci pilləyə yüksəldi. Özünüzü necə hiss edirsiz?
- Qarşımıza hansı pilləni tutmaq kimi məqsəd qoymamışıq. Yaxşı hiss idi. Bu yerdə qalmaq olduqca çətindir. Bəzi komandalar var ki, layiq olmadığı yerlərdədir.
- Komandada əhval necədir?
- Hər bir kollektivdə olduğu kimi, bizdə də mənfi hallar var idi. Bunu tez bir şəkildə aradan qaldırmağa çalışıram. Komanda olaraq, yaxşı ab-havadayıq. Mehribançılıqdı.
- Bu oyuna qarşı xüsusi motivasiya var idimi?
- Xeyr. Hər rəqibə qarşı eyni motivasiya ilə hazırlaşırıq.
- Komandanın erkən qol vurmasından sonra futbolçular daha da canlandı. İlk qol və sonrakı canlanma planlıydımı?
- Planımızda var idi. "Sabah"ın son oyunlarına baxdıqda, onlar 2-ci hissə daha yaxşı oynayırlar. Ona görə, erkən qol lazım idi.
- Hər oyundan sonra konfransda qarşımıza məqsəd qoyulmuyub deyirsiz. Bu sizə sonra problem yaratmayacaq?
- Qarşımıza Avropa Liqası hədəfi qoyulmayıb. Bacardığımızı etməyə çalışırıq.
- Avropa Liqası hədəfi qoyulmamasına səbəb, komandanın hazır olmamasıdırmı?
- Avroliqa üçün uzun vaxt var. Bu haqda danışmaq hələ tezdir. Komandada əskiklər var.
- Rəhbərliklə qış transfer dövründə transferlərlə bağlı müzakirələr olubmu?
- Qışda futbolçu transfer etmək çətindir. İndidən axtarışa başlamışıq. Alınıb-alınmayacağını bilmirik. Bəlkə hər hansı bir gənc futbolçunu heyətimizə qatdıq.