"Qarabağ" "Qəbələ"ni, "Keşlə" "Sumqayıt"ı məğlub etdi YENİLƏNİB

21:32 - 11 Noyabr 2018

Bu gün Topaz Premyer Liqasında 11-ci tura yekun vurulacaq.

 

Sportal.az xəbər verir ki, "Qəbələ" doğma  meydanda "Qarabağ"ı qəbul edəcək. Meydan sahibləri liderlərə yaxınlaşmaq, Ağdam klubu isə “Neftçi” ilə xal fərqini azaltmaq niyyətindədir.

 

Turun son oyununda "Sumqayıt" "Keşlə"ni sınağa çəkəcək.

 

Topaz Premyer Liqası

11-ci  tur

11 noyabr (bazar)

 

17:30 “Qəbələ” – “Qarabağ” - 1:3
Qollar
: Ceyms Adeniyi, 33 - İnnosent Emeqara, 47, Miçel, 64, Filip Ozobiç, 69

Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Ramiz Məhərrəmov
Hakim-inspektor: Füzuli Nəcəfov
AFFA nümçayəndəsi: Erkin Hüseynov 
Qəbələ şəhər stadionu

 

19:30 “Sumqayıt” - “Keşlə” - 1:4

Qollar: Atilla Yıldırım, 65 - Amil Yunanov, 52, 79, Georgios Georgiadis, 56, Andre Klennon, 90+3
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Akif Əmirəli
Hakim-inspektor: Murad Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev 
“Bayıl Arena”.

Xəbər xətti