Topaz Premyer Liqasında 11-ci turunda qeydə alınan azarkeş sayı bəlli olub.
Sportal.az xəbər verir ki, turun ilk görüşü "Əlincə Arena"da debütant "Sabah"la "Səbail" arasında baş tutub. Qonaqların 4:0 hesablı qələbəsini stadionda 1000 nəfər izləyib.
"Bakcell Arena"da baş tutan "Neftçi" - "Zirə" matçında (2:2) 2500, "Bayıl Arena"da reallaşan "Sumqayıt" - "Keşlə" qarşılaşmasında (1:4) isə 250 azarkeş qeydə alınıb.
Turun mərkəzi oyunu Qəbələ şəhər stadionunda "Qəbələ" və "Qarabağ" arasında baş tutub. Ağdam klubunun 3:1 hesabı ilə qalib gəldiyi oyunu 800 fanat izləyib.
Beləliklə, 11-ci turda 4550 azarkeş qeydə alınıb. Bu da hər oyuna 1137,5 fanat deməkdir.