"Sabah" liderlə qarşılaşacaq

14:18 - 12 Noyabr 2018

Azərbaycan milli komandasının Millətlər Liqasındakı oyunları ilə əlaqədar Premyer liqada və 1-ci divizionda fasilə elan olunub.

 

Sportal.az xəbər verir ki, bundan yararlanmaq istəyən “Sabah” yoxlama oyunu keçirəcək. Premyer Liqanın debütantı, 1-ci divizionun məğlubiyyətsiz lideri MOİK-lə qarşılaşacaq. Matç noyabrın 17-si, saat 14.00-da Masazırdakı "Əlincə Arena"da keçiriləcək.

 

Qeyd edək ki, “Sabah” Premyer Liqada 11 turdan sonra 16 xalla 4-cü pillədə yer alıb.

Xəbər xətti