Maksimusdan Aslana zərbə

17:04 - 12 Noyabr 2018

Topaz Premyer Premyer Liqanın 11-ci turu Maksim Medvedev üçün əlamətdar olub. 

 

Sportal.az xəbər verir ki, “Qəbələ”ylə səfərdəki matç (3:1) müdafiəçinin Azərbaycan çempionatlarında 269-cu oyunu olub. 

 

Yalnız bir komandada – "Qarabağ"da çıxış edən, Medvedev bununla da klubun tarixində yeni rekorda imza atıb. O, Ağdam klubunun heyətində ölkə çempionatlarında ən çox oyun keçirən futbolçu adına yiyələnib. Maksim 2006/07 mövsümündən çıxış etdiyi “Qarabağ”da keçirdiyi 269 oyunda 10 qol vurub. O, “Qəbələ” ilə görüşdə Aslan Kərimova məxsus olan və ötən tur şərik olduğu rekordu yeniləyib. 

 

Kərimov 1993-1997 və 2003-2011-ci illərdə “Qarabağ”da 268 çempionat oyununda forma geyinib və 12 qol vurub. 

 

Qeyd edək ki, Maksim həm də ölkə çempionatlarında eyni klubda ən çox oyun keçirən futbolçudur.

Xəbər xətti