Bu gün Millətlər Liqasında V turun son oyunları keçirilib.
Sportal.az xəbər verir ki, D Liqasının III qrupunda mübarizə aparan Azərbaycan millisi Farer adalarını qəbul edib. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma millimizin 2:0 hesablı qələbəsiylə yekunlaşıb.
Yığmamızın 1-ci yer uğrunda mübarizədəki əsas rəqibi Kosovo isə səfərdə Maltanı darmadağın edib - 5:0.
Millimiz qrupun son matçında Kosovonun qonağı olacaq.
Millətlər Liqası
V tur, 17 noyabr
D Liqası, III qrup
21:00. Azərbaycan – Farer adaları - 2:0
Qollar: Raqnar Nattestad, 18 (avtoqol), Mahir Mədətov, 28
Baş hakim: Dmitris Masias
Yan xətt hakimləri: Marios Kalogirou, Yannis Lazarou
Əlavə hakimlər: Vasilis Dimitriou, Lukas Sotiriou
Dördüncü hakim: Omiros Tziortzis (hamısı Kipr)
Hakim-inspektor: Vladimir Petrov (Ukrayna)
UEFA nümayəndəsi: Yaroslav Dudl (Çexiya)
Bakı Olimpiya Stadionu.
1. Kosovo 5 3 2 0 11-2 11
2. Azərbaycan 5 2 3 0 7-2 9
3. Farer adaları 5 1 1 3 4-9 4
4. Malta 5 0 2 3 4-13 2
saytlarin hazirlanmasi