“Sabah” milli komandaların oyunları ilə bağlı yaranmış fasilə zamanı yoxlama oyununda qüvvəsini sınayıb.
Sportal.az xəbər verir ki, “Əlincə Arena”da 1-ci divizionun lideri MOİK-lə keçirilən oyun 4:0 hesabıyla “Sabah”ın xeyrinə başa çatıb. Görüşün qollarına Tural Qürbətov, Vitali Kvaşuk, Elçin Əsədov və Tolqar Yaqubov imza atıb.
Premyer Liqa komandası matça bu heyətlə çıxıb:
1. Tərlan Əhmədli, 2. Ülvi İbazadə, 3. Elvin Bədəlov, 4. Tərzin Cahangirov, 8. Elşən Abdullayev, 14. Tural Qürbətov, 15. Erik Ramos, 19. Məqsəd İsayev, 25. Vanderson Silva, 32. Elvin Yunuszadə, 88. Elçin Əsədov.
Sonradan meydana daxil olanlar: 11. Elgün Nəbiyev, 39. Əlibəy Məmmədli, 33. Eltun Turabov, 6. Vadim Abdullayev, 21. Novruz Məmmədov, 13. Filip İvanoviç, 7. Vitali Kvaşuk, Tolqar Yaqubov.
saytlarin hazirlanmasi