Millimiz tarixinin ən yaxşı nəticəsini göstərdi: Qurban Qurbanov Foqtsu geridə qoydu

14:53 - 18 Noyabr 2018

UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Farer adalarına 2:0 hesabı ilə məğlub edən Azərbaycan millisi rekord göstəriciyə nail olub.

 

Sportal.az xəbər verir ki, milli komandamız 26 illik tarixi ərzində ilk dəfə ardıcıl 5 rəsmi qarşılaşmanı məğlubiyyətsiz başa vurub.

 

Yığmamız sentyabr ayından mübarizə apardığı Millətlər Liqasında 5 oyun keçirib və 2 qələbə qazanıb, 3 heç-heçə edib. Buna kimi rekord 4 oyun idi. Belə ki, millimiz DÇ-2014-ün seçmə mərhələsində Berti Foqtsun rəhbərliy altında ardıcıl 4 oyun uduzmamışdı. Qurban Qurbanovlu komanda daha yaxşı göstəriciyə nail olub. Millimiz rəsmi görüşlərdə son məğlubiyyətini Robert Prosineçkinin rəhbərliyi altında DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə səfər oyununda (1:5) alıb.

 

Yoldaşlıq oyunları daxil olmaqla ardıcıl 6 oyunda uduzmayan millimiz tarixinin ən yaxşı nəticəsini təkrarlayıb. Millətlər Liqasından öncə yoxlama matçında Latviyaya 3:0 qalib gələn komanda ardıcıl 6 oyunla 1998-ci ildəki uğurlu seriyanı yenidən göstərib. 1998-ci ildəki oyunların hamısı yoxlama görüşləri olub.

Xəbər xətti