Qış fasiləsindən sonra "Keşlə"nin ev oyunlarını keçirdiyi "ASK Arena"da ot örtüyü dəyişdiriləcək.
Sportal.az-ın məlumatına görə, futbolçuların zədə mənbəyi olan meydançaya yeni örtük vurulacaq. Stadiona təbii örtüyün vurulub-vurulmayacağı bəlli deyil. Lakin AFFA qışda futbolçuların qorxulu yuxusu olan ot örtüyünü yeniləməyə qərar verib.
Qeyd edək ki, bu mövsüm Premyer Liqa təmsilçilərindən "Zirə" və "Sumqayıt"ın ev oyunlarını keçirdiyi stadionlarda təbii ot örtükləri süniləri əvəz edib.
saytlarin hazirlanmasi