Bu gün Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub.
Sportal.az xəbər verir ki, D liqasında mübarizə aparan milli komandamız son matçında səfərdə Kosovo ilə üz-üzə gəlib. Oyun meydan sahiblərinin 4-0 hesablı qələbəsiylə başa çatıb. Kosovo qrup lideri kimi pley-offa adlayıb. Yığmamız isə 9 xalla turniri 2-ci yerdə tamamlayıb.
20 noyabr
D Liqası
23:45 Kosovo - Azərbaycan - 4:0
Qollar: Arber Zeneli, 2, 50, 77, Amir Rrahmani, 61
Baş hakim: Benua Miyo
Yan xətt hakimləri: Mehdi Rahmuni, Bertrand Yoannu
Əlavə hakimlər: Frank Şneyder, Kərim Abed
Dördüncü hakim: Benjamin Pajes (hamısı Fransa)
Hakim-inspektor: Aleksandr Qvardis (Rusiya)
UEFA nümayəndəsi: Antonio Talyariko (İtaliya)
Priştina. Fadil Vokkri adına stadion.
saytlarin hazirlanmasi