Valeri Qazzayev: "Azərbaycan Premyer Liqasında minimum 12-16 komanda olmalıdı"

23:26 - 22 Noyabr 2018

«İmkan daxilində Azərbaycan futbolu ilə yaxından maraqlanmağa çalışıram». 

 

Soprtal.az xəbər verir ki, bu sözləri Sportinfo.az-a açıqlamasında Rusiya millisinin sabiq baş məşqçisi Valeri Qazzayev deyib.


Ölkəsinin ən titullu mütəxəssislərindən olan Qazzayev futbolumuzun hazırkı vəziyyətindən narahatlığını ifadə edib:

 

«Düşünürəm ki, indiyədək futbolunuzun vəziyyəti daha yaxşı ola bilərdi. SSRİ vaxtı «Neftçi»ni hamı tanıyırdı.

 

Daim ittifaq çempionatında çıxış ğedib. Bir çox futbolçuları SSRİ yığmasına dəvət alıb. Ümumiyyətlə, onda səviyyə tamam başqa idi. Hazırda postsovet respublikalarının hərəsində futbolun səviyyəsi bircürdü.

 

Azərbaycanın iqlimi əlverişlidi. Təbiət imkan verir ki, burda ilin bütün aylarında futbol oynayasan. Bu sahəyə yaradılan şərait də yaxşıdı.

 

Dövlətiniz idmana qayğı göstərir, bir çox yeni stadionlar və bazalar tikilib. Bakı Olimpiya Stadionunu görmüşəm, sadəcə, superdi!

 

Hər şey dəstəkdən, kütləvilikdən və  təbliğatdan asılıdı. Tarixi keçmiş və ənənə - Azərbaycan futbolunun dünəndə bunlar var. Başa düşürsüz, bunlarız bir ölkənin futbolunu inkişaf etdirmək qeyri-mümkündü.

 

Futbol daim diqqət istəyir. Bir müddət ona qayğı göstərib, sonra geri çəkilməklə heç nə düzələn deyil. Həmişə onnn inkişafında maraqlı olmalısan. Çünki dünya futbolu gündən-günə irəli gedir, ondan geri qala bilərsiz.

 

«Qarabağ»ın Çempionlar Liqasında bir neçə oyunuu izləmişəm. Bu komandaya böyük simpatiyam var. Ancaq Azərbaycanda yalnız «Qarabağ»la futbolun inkişaf etdirmək qeyri-mümkündü.

 

Bu cür klublarınızın sayı minimum 3-4 olmalıdı. Çempitonatımz intriqalı keçməsə, avrokuboklarda uğurlu çıxışın davamı gəlməyəcək.

 

Düşünməyin ki, bir tək «Qarabağ»ınız var, qurtardı, hər şey yaxşıdı. Xeyr, inkişaf hərtərəfli getməlidi.

 

«Qarabağ»la yanaşı, «Neftçi» və digər klublarınız da güclü olmalıdı. Biri Çempionlar Liqasına vəsiqə qazananda, o birilər də Avropa  Liqasında oynasın.

 

Futbolun irəli getməsi üçün onun iqtisadi vəziyyətini yaxşılaşdırmalısız. İskəndər Cavadovun adını daşıyan akademiya kimi məktəblər açmalısız, yeni mərkəzlər yaratmalısız. Valideynolər görməlidi ki, perspektiv var, qoy, uşaqlarını futbola gətirsinlər.

 

Çempionatınızda 8 çıxış edir və mən buna çox təəssüflənirəm. Bu rəqəm olduqca azdı. Hesab edirəm ki, Azərbaycan Premyer Liqasında minimum 12-16 komanda mübarizə aparmalıdı.

 

Futbol federasiyanız bunda maraqlı olmalıdı, klubların sayının artırılmasında əlindən gələni əsirgəməməlidi, onların şəraitinin yaxşılaşdırılmasına köməklik göstərməlidi. Bu olmadan, inkişaf getməyəcək».

Xəbər xətti