"Qəbələ" "Keşlə"ni məğlub etdi, "Qarabağ" "Sabah"la bərabərə qaldı YENİLƏNİB

20:57 - 24 Noyabr 2018

Bu gün Topaz Premyer Liqasında 12-ci tura start verilib.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək. "Keşlə" öz meydanında "Qəbələ"ni qəbul edib və 1:2 hesabı ilə uduzub.

 

Günün digər oyunu isə Tofiq Bəhramov adına Respublika stadionunda reallaşıb. Burada "Qarabağ" debütant "Sabah"ı sınağa çəkib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Qeyd edək ki, turun digər iki görüşü sabaha nəzərdə tutulub.

 

24 noyabr (şənbə)

 

16:30 “Keşlə” – “Qəbələ” - 1:2

Qollar: Amil Yunanov, 38 - Ceyms Adeniyi, 17, Voislav Stankoviç, 20
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Cavanşir Yusifov, Kamal Umudlu
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASK Arena”

 

19:00 “Qarabağ” – “Sabah” - 1:1

Qollar: Yakub Jezniçak, 45+1 - Elgün Nəbiyev, 44

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ramiz Məhərrəmov
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Tofiq Bəhramov adına Respublika Stadionu

Xəbər xətti