“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqasının XII tur çərçivəsində səfərdə “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra fikirlərini böülüşb.
Sportal.az xəbər verir ki, mütəxəssis öncə oyunla bağlı danışıb:
- Çətin oyun oldu. “Qarabağ” oyunboyu hücum etdi, biz müdafiə olunduq. Əks hücumlardan yararlanmağa çalışsaq da, istədiklərimizi edə bilmədik. “Qarabağ”a qarşı oynamaq çətindir. Bərabərlik əldə etmişiksə, deməli, qələbə qazanmışıq.
- Marko Deviçin durumu necədir?
- Yaxın günlərdə komanda ilə məşqlərə başlayacaq. Gələn oyun bizə kömək etmək ehtimalı var.
- Real yanaşsaq, komandanız hansı məqsədlər üçün mübarizə aparır?
- Premyer Liqada yerimizi qorumağa çalışırıq. Sadəcə, 4 turdan sonra 9 xal toplamışdıq və hamı bizdən daha artıq şey gözləməyə başladı. Bəli, futbolçularımız bu gün canlarını qoyur.
- Çempionatda hansı komanda ilə istəklərinizi həyata keçirə bilərsiniz?
- Bizə bir neçə futbolçu lazımdır. Fərqi yoxdur yerli və ya legioner. Komandanı gücləndirə biləcək futbolçulara ehtiyacımız var.
saytlarin hazirlanmasi