“Dalğa Arena”da debüt, mövsümdə 10-cu

16:50 - 26 Noyabr 2018

Topaz Premyer Liqasının XII turu Səbuhi Bayramovun baş hakim kimi debütü ilə diqqət çəkib.

 

Sportal.az xəbər verir ki, gənc referi “Dalğa Arena”da keçirilən “Zirə” – “Sumqayıt” matçını (3:1) idarə edib. O, cari mövsüm Premyer Liqa oyunlarında baş hakim kimi meydana çıxan 10-cu ədalət təmsilçisi olub. O, ölkə çempionatları tarixinə 98-ci baş hakim kimi düşüb.

 

Qeyd edək ki, Bayramov debüt matçında rəqiblərə eyni sayda – hərəsinə 2 sarı vərəqə göstərib.

Xəbər xətti