Premyer Liqanın debütantı "Sabah" klubunun qış hazırlıq planı müəyyənləşib.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi yanvarın 2-də Bakıda bir araya gələcək və Türkiyənin Antalya bölgəsinə yollanacaq. Larada məskunlaşacaq komanda qonşu ölkədə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Paytaxt təmsilçisi yanvarın 23-də vətənə dönəcək.
Komandanın yoxlama görüşündəki rəqiblərinin adlarına aydınlıq gəlməyib.
Azərbaycan klubları 19-20 dekabrda ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunlarından sonra istirahətə çıxacaqlar. Qış fasiləsi fevralın 2-də Premyer Liqada XV tura start verilməsi ilə başa çatacaq.
saytlarin hazirlanmasi