"Jalgiris”in futbolçusu Liviu Antal karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportal.az xəbər verir ki, hücumçu ölkəmizin klublarının birindən təklif alıb. Rumıniya millisinin sabiq üzvünün Litva klubu ilə müqavilə müddəti başa çatır. 29 yaşlı futbolçu 20 qolla çempionatın bombardiri olsa da, yeni müqavilə imzalamaqdan imtina edib. Özünü fərqli çempionatda sınamaq fikrində olan Antal Azərbaycan, Qazaxıstan və Cənubi Koreyadan təklif alıb. Hətta onun agentinin həmin komandalarla danışıq apardığı da vurğulanıb.
Qeyd edək ki, Liviu Antal Litvanın vitse-çempionunun heyətində bu mövsüm bütün turnirlərdə 31 qola imza atıb.
saytlarin hazirlanmasi