Avropa Liqasında qrup mərhələsinin V turunun “Qarabağ” – “Sportinq” (Portuqaliya) qarşılaşması Ağdam klubunun kapitanı Rəşad Sadıqov üçün əlamətdar olub.
Sportal.az xəbər verir ki, bu, 36 yaşlı futbolçunun avrokuboklardakı 100-cü oyunu kimi tarixə düşüb.
Təcrübəli müdafiəçi bu göstəricidə azərbaycanlı futbolçular arasında rekordçudu. Sadəqov 100 və daha artıq oun keçirən ilk yerli oyunçu olub.
Sadıqov bu rəqəmə 3 klubda çatıb: “Neftçi”, “Kayserispor” və “Qarabağ”. 2001-ci ildə UEFA Kubokunda “Neftçi”nin “HİT Qoritsa” ilə matçında debüt edən Rəşad “ağ-qaralar”ın heyətində ümumilikdə 18 görüş keçirib. Legioner kimi “Kayserispor”da 5 oyuna çıxan müdafiəçi “Qarabağ”da 77 dəfə oynamaq imkanı qazanıb.
Kapitan 100 görüşdə 7 dəfə fərqlənməyi bacarıb. Qollardan 2-i “Neftçi”də, 5-i isə “Qarabağ”da çıxış edərkən qeydə alınıb.
Rəşad Sadıqov 100 matçın 31-ni Çempionlar Liqasında, 59-nu UEFA Kuboku/Avropa Liqasında (6 qol), 10-nu İntertoto Kubokunda (1 qol) keçirib. O, həm də Avropa Liqasında ən çox oyun keçirən azərbaycanlı futbolçudu və bütün Avropa üzrə ilk “50-lik”dədi.
saytlarin hazirlanmasi