"Səbail"in qış hazırlıq planı müəyyənləşib.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yollanacaqlar.
Lara bölgəsindəki “Miracle Resort Hotel”də məskunlaşacaq “Səbail”in hazırlıq prosesi gələn il yanvarın 12-dən 25-dək nəzərdə tutulub. Komanda bu müddətdə 4 yoxlama oyunu keçirəcək. Matçların tarixi və rəqiblər hələ dəqiqləşməyib.
Azərbaycan klubları 19-20 dekabrda ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunlarından sonra istirahətə çıxacaqlar.
saytlarin hazirlanmasi