Stuxlik Rauf Cabbarovun "qələmini qırdı"

00:23 - 1 Dekabr 2018

Topaz Premyer Liqasının XII turunda baş tutan “Səbail” – “Neftçi” görüşündə (0:2) kobud səhvə yol verən baş hakim Rauf Cabbarov bir müddət iş başında olmayacaq.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, oyunun ikinci hissəsində “Səbail”in müdafiəçisi Maudo Jarjuenin əlinə top dəyməsə də, Cabbarov qonaqların lehinə penalti qərarı vermişdi. Bu kobud səhv Cabbarova baha başa gəlib. Hakimlər Komitəsinin sədri Frits Stuxlikin qəzəbinə tuş gələn Cabbarovun ilin sonuna kimi matçlara təyinat almayacağı gözlənilir.

 

Qeyd edək ki, Rauf Cabbarov FİFA dərəcəli hakimlərin siyahısına namizəd referilərdəndir.

Xəbər xətti