AÇ-2020: Millimizin rəqibləri bəlli oldu

15:43 - 2 Dekabr 2018

Bu gün AÇ-2020-nin seçmə mərhələsinin püşkü atılıb.

 

Sportal.az xəbər verir ki,millimiz E qrupunda Xorvatiya, Uels, Slovakiya və Macarıstanla mübarizə aparacaq.
 

Seçmə mərhələnin oyunlarından sonra hər qrupdan ilk iki yeri tutan komanda final mərhələsinə yüksələcək.

 

A qrupu: İngiltərə, Çexiya, Bolqarıstan, Monteneqro, Kosovo
B qrupu: Portuqaliya, Ukrayna, Serbiya, Litva, Lüksemburq
C qrupu: Hollandiya, Almaniya, Şimali İrlandiya, Estoniya, Belarus
D qrupu: İsveçrə, Danimarka, İrlandiya, Gürcüstan, Cəbəllütariq
E qrupu: Xorvatiya, Uels, Slovakiya, Macarıstan, Azərbaycan
F qrupu: İspaniya, İsveç, Norveç, Rumıniya, Farer adaları, Malta
G qrupu: Polşa, Avstriya, İsrail, Sloveniya, Makedoniya, Latviya
H qrupu: Fransa, İslandiya, Türkiyə, Albaniya, Moldova, Andorra
I qrupu: Belçika, Rusiya, Şotlandiya, Kipr, Qazaxıstan, San Marino
J qrupu: İtaliya, Bosniya və Herseqovina, Finlandiya, Yunanıstan, Ermənistan, Lixtenşteyn

 

Seçmə mərhələnin oyunları 2019-cu ilin mart - noyabr aralığında keçiriləcək.

 

Qeyd edək ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək davam edəcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu keçiriləcək.

Xəbər xətti