Topaz Premyer Liqasının 13-cü turunun "Qəbələ" - "Zirə" görüşü təxirə salınıb.
Sportal.az xəbər verir ki, qarşılaşmanın 58-ci dəqiqəsində baş hakim Vüqar Həsənli qatı duman səbəbindən oyunu saxlayıb. Futbolçular paltardəyişmə otağına yollanıb. Matç sabah 13:00-da davam etdiriləcək.
Qeyd edək ki, oyunda hesab açılmayıb - 0:0.
2 dekabr (bazar)
Topaz Premyer Liqası, 13-cü tur
17:00 “Qəbələ” – “Zirə” - 0:0
Hakimlər: Vüqar Həsənli, Namiq Hüseynov, Cəmil Quliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Namiq Məstanov
Qəbələ şəhər stadionu