"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin son turunda səfərdə "Arsenal"ın qonağı olacaq.
Sportal.az xəbər verir ki, Ağdam klubu bu gün matçın hazırlıqlarını tamamlayacaq. Yerli vaxtla saat 19:00-da (Bakı vaxtıyla 23:00) futbolçular qarşılaşmanın keçiriləcəyi "Emreyts"də son məşqə çıxacaq. Komandanın baş məşqçisi Qurban Qurbanov son məşqdən 30 dəqiqə öncə isə media mənsublarının suallarını cavablandıracaq.
Qeyd edək ki, "Arsenal" - "Qarabağ" oyunu dekabrın 13-ü Bakı vaxtı ilə 00:00-da başlayacaq.
saytlarin hazirlanmasi