Qurban Qurbanov: "Orada oynamaq həqiqətən də ağırdır"

21:39 - 16 Dekabr 2018

"Çətin oyun olacağını bilirdik. Yorğunluq hiss olunurdu. Nəticə və oyundan razı qaldım".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində doğma meydanda "Keşlə"ni məğlub etdikləri matçı dəyərləndirərkən deyib.  

 

Təcrübəli çalışdırıcı cavab oyununa ciddi hazırlaşacaqlarını bildirib: "Keşlə" kubok oyunlarında çox fərqli oyun sərgiləyir. Çempionat və kubok oyunları fərqlidir. Cavab oyununda daha diqqətli olmalı, daha çox mübarizə aparmalıyıq. Görüşə tam hazır olmağa çalışacağıq".  

 

- Rəqibin 4 müdafiəçi ilə oynaması nə dərəcədə gözlənilməz oldu?

- Bu gün belə oynayacaqlarını gözləyirdim. Çempionat oyununda da belə taktika ilə meydana çıxmışdılar. Düzü, biz 5-li müdafiəyə hazırlaşmışdıq. 

 

- Cavab oyunu süni örtüklü meydanda keçiriləcək. Bu, sizə problem yarada bilər?

- Orada oynamaq həqiqətən də ağırdr. Belə meydanlarda kiçik zədələrdən narahat olmuşam. Amma hazırda nəsə düşünməyə vaxtımız yoxdur. Futbolçular, əksinə, bu çətinliyi göz önünə gətirib maksimum hazırlıq keçməlidirlər.

Xəbər xətti