"Qarabağ"la anlaşan Reynaldo Silva Bakıya gəlib.
Sportal.az xəbər verir ki, Qazaxıstanın "Aktobe" klubu ilə müqaviləsi başa çatan braziliyalı yenidən Ağdam təmsilçisində çıxış edəcək. O, bu gün tibbi müayinədən keçəcək. Transferin sabah rəsmi şəkildə açıqlanacağı gözlənilir. Tərəflər arasında 6 aylıq müqavilə imzalanacaq.
Qeyd edəki, 29 yaşlı futbolçu 2013/17-ci illərdə "Qarabağ"da çıxış edib.
saytlarin hazirlanmasi