"Qarabağ" Polşa klubu ilə qarşılaşacaq

11:12 - 20 Dekabr 2018

Antalyada qış təlim-məşq toplanışı keçirəcək "Qarabağ"ın keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən biri məlum olub.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu Polşanın "Pyast" klubu ilə üz-üzə gələcək. Qarşılaşma 2019-cu ilin yanvarın 23-də baş tutacaq.

 

Qeyd edək ki, "Qarabağ" "Pyast"la 2013/14 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində üz-üzə gəlib və iki oyunun (2:1, 2:2) nəticəsinə görə növbəti mərhələyə yüksəlmişdi.

Xəbər xətti