Azərbaycanlı futbolçu Moskva klubundan göndərilir

13:06 - 23 Dekabr 2018

Rusiyanın "Spartak" klubu qış fasiləsində bir neçə futbolçuyla yolları ayırmağı planlaşdırır.

 

Sportal.az xəbər verir ki, "qara siyahı"ya düşənlər arasında Azərbaycan əsilli rusiyalı futbolçu Aleksandr Səmədov da var. 34 yaşlı yarımmüdafiəçinin cari mövsümkü performansı Moskva təmsilçisinin baş məşqçisi Oleq Kononovu qane etmir. Bu səbəbdən də Səmədova qapı göstəriləcək.

 

Qeyd edək ki, Rusiya millisinin üzvü 2017-ci ildə "Lokomotiv"dən "Spartak"a keçmişdi.

Xəbər xətti