"Qarabağ" Çempionlar Liqasında "top-100"lükdə

18:55 - 24 Dekabr 2018

UEFA 1955-ci ildən bu günə kimi Çempionlar Liqasında çıxış etmiş bütün klubların reytinq cədvəlini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Ağdam klubu ÇL-in 63 illik tarixi ərzində 5 dəfə turnir iştirakçısı olub. "Köhlən atlar" 4 dəfə təsnifat, 1 dəfə isə qrup mərhələsi mübarizə aparıb. Təmsilçimiz bu göstəricidə 33 xal toplayıb və 513 komandanın yer aldığı ədvəlin 100-cü pilləsində qərarlaşıb.

 

"Qarabağ" Çempionlar Liqasında 30 oyuna 11 qələbə qazanıb, 11 heç-heçə edib və 8 dəfə uduzub.

 

"Neftçi" 167-ci, "Bakı" 265-ci, "Keşlə" 290-cı, "Şəmkir" 389-cu, "Kəpəz" 390-cı, "Xəzər Lənkəran" isə 415-ci pillədə qərarlaşıb.

 

Siyahıya 590 xalla "Real” başçılıq edir. “Bavariya" 462 xalla ikinci, "Barselona" isə 427 xalla 3-cü yerdədir.

Xəbər xətti