"Qarabağ"ın futbolçusu ölkəsinin ən yaxşıları arasında

11:41 - 27 Dekabr 2018

Haitidə 2018-ci ildə ölkə xaricində fəaliyyət göstərən ən yaxşı 10 şəxsi müəyyənləşdirmək üçün araşdırma aparılıb.

 

Sportal.az xəbər verir ki, siyahıda "Qarabağ"ın haitili müdafiəçisi Donald Gerye də yer alıb. 29 yaşlı yarımmüdafiəçi Haitini ən yaxşı şəkildə təmsil edən şəxslər sırasında yer alıb. Onun "Qarabağ"la Azərbaycanda ardıcıl ikinci dəfə ölkə çempionu olması və Avropa Liqasının qrup mərhələsində oynamağı xəbərdə qeyd edilib. Bundan əlavə, Geryenin yayda İtaliyadan gələn təklifi rədd etməsi və Azərbaycanda 2018-ci ilin ən yaxşı əcnəbi futbolçusu seçilməsi də vurğulanıb.

 

Qeyd edək ki, Gerye 2017-ci ildən "Qarabağ"da çıxış edir.

 

Xəbər xətti