"Qarabağ"ın futbolçusu xeyriyyə oyununda iştirak etdi

12:53 - 27 Dekabr 2018

“Qarabağ”ın futbolçusu Miçel İspaniyada xeyriyyə turnirində iştirakçı olub.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi doğulduğu Asturiya bölgəsində mərhum futbolçu Enrike de Kastro Qonsales Kininin xatirəsinə həsr olunmuş futzal qarşılaşmasında çıxış edib..

 

Görüşdə “Real Ovyedo” və “Sportinq Xixon” klublarının sabiq futbolçuları forma geyiniblər.

 

Qeyd edək ki, Miçel “Real Ovyedo”nun yetirməsidir. O, peşəkar karyerasına Xixon "Sportinq"ində başlayıb. Miçel "Birmingem", AEK, “Hetafe”, və “Makkabi” (Hayfa, İsrail) klublarında çıxış edib. İspan futbolçu 2015-ci ildən "Qarabağ"da oynayır.

Xəbər xətti