"Qarabağ"ın Antalyadakı hazırlıq dövründə yoxlama oyununda qarşılaşacağı ikinci rəqib müəyyənləşib.
Sportal.az xəbər verir ki, “köhlən atlar” Rumıniyanın "Botoşani" klubu ilə qüvvəsini sınayacaq. Bu barədə məlumatı Rumıniya mətbuatı yayıb. Matç yanvarın 12-də, Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qeyd edək ki, "Qarabağ" yanvarın 23-də Polşanın "Pyast" klubu ilə yoxlama görüşü keçirəcək.
saytlarin hazirlanmasi