“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, komanda yanvarın 6-da Antalyaya yollanaraq hazırlıqlara start verəcək. Təlim-məşq toplanışı 21 gün davam edəcək və bu müddətdə 5 yoxlama oyunu keçiriləcək. “Qarabağ" yanvarın 12-də Rumıniyanın “Botoşani”, yanvarın 16-sı Özbəkistanın “Paxtakor”, yanvarın 19-u Çexiyanın “Bohemians”, yanvarın 23-ü Polşanın “Piast” və yanvarın 26-sı Ukraynanın “Şaxtyor” (Donetsk) klubları ilə qarşılaşacaq.
Qeyd edək ki, Ağdam klubu Bakıya yanvarın 27-də qayıdacaq.
saytlarin hazirlanmasi