Rəşad Sadıqov şəhid oğlu ilə fotosunu paylaşdı: "Sənin əlini tutmaq qürurvericidir"

00:00 - 31 Dekabr 2018

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov "instagram" sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.

 

Sportal.az xəbər verir ki, illərin təcrübəsi aprel döyüşlərində şəhid olan Raquf Orucovun oğlu ilə fotosunu paylaşıb.

 

36 yaşlı futbolçu paylaşımda bu sözləri qeyd edib: “Şəhid Raquf Orucovun oğlu Nihad Orucov, sənin əlini tutmaq qürurvericidir”.

 

Qeyd edək ki, bu şəkil Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutan "Qarabağ" - "Sportinq" matçından öncə çəkilib. 

 

Xəbər xətti