Adı "Qarabağ"la hallanan futbolçu qərarını verdi

13:31 - 5 Yanvar 2019

"Qarabağ"dan təklif aldığı iddiaları yayılan PAOK-un müdafiəçisi Yevgeni Xaçeridi qərarını verib.

 

Sportal.az "sport.ua"ya istinadən xəbər verir ki, 31 yaşlı futbolçu Yunanıstan klubunda qalmağa qərar verib. Ukrayna millisinin üzvü sabiq klubu Kiyev "Dinamo"sundan və digər klublardan aldığı təklifləri qəbul etməyib.

 

Müdafiəçinin PAOK-la 2021-ci ilin yayına kimi müqaviləsi var. Onun transfer qiyməti 2,5 milyon avro dəyərindədir.

 

Qeyd edək ki, Xaçeridi PAOK-a ötən yayda Kiyev "Dinamo"sundan keçib.

Xəbər xətti