"Qarabağ"ın legioneri ölkəsində mükafatlandırıldı

15:38 - 6 Yanvar 2019

"Qarabağ"ın haitili yarımmüdafiəçisi Donald Gerye ölkəsində mükafata layiq görülüb.

 

Sportal.az "haititempo" saytına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu Haitini ölkə xaricində layiqli təmsil etdiyi üçün Gənclər, İdman və Vətəndaş Hərəkatı Nazirliyinin mükafatına layiq görülüb. Geryeylə yanaşı, Mateo Filipp Koulz və Redondo El Prinsip Riçard adlı idmançılar da mükafatlandırılıblar.

 

Qeyd edək ki, 29 yaşlı futbolçu 2017-ci ildən "Qarabağ"da çıxış edir.

Xəbər xətti