Premyer Liqanın ikinci yarısına hazırlaşan "Zirə" Bakı toplanışını başa vurub.
Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, Samir Abasovun kollektivi bu gün Türkiyənin Antalya şəhərinə yollanacaq. “Qartallar” Bələk bölgəsində “Alva Donna Exclusive Hotel”də qalacaq. Bakıətrafı qəsəbə təmsilçisi Abtalyada 4 yoxlama oyununa çıxacaq.
“Zirə” yanvarın 27-də toplanışı yekunlaşdırıb, vətənə qayıdacaq.
saytlarin hazirlanmasi