"Bizi çətin çempionat gözləyir. Əsas rəqibimiz bizdən 3 xal öndədir. Fasilədən sonra ilk oyunumuz onlarla olacaq. Yenə çempion olmaq istəyirik, sona qədər mübarizə aparacağıq. Amma necə olacağını Allah bilir".
Sportal.az "TRT Spor"a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov deyib. Türkiyənin "Kayserispor", "Kocaelispor" və "Eskişəhərspor" klublarının formasını geyinmiş 36 yaşlı müdafiəçi bu mövsüm Super Liqada "Başakşəhər"in çempion olmasını istəyir: "Bu mövsüm "Başakşəhər"in çempion olmasını çox istərdim. Çünki Abdullah Avcı bunu haqqıdır. Komanda olaraq da buna layiqdirlər. Onların çempion olmasını ürəkdən istəyirəm".
saytlarin hazirlanmasi